"Qarabağ"ın "Şkendiya"yla oyunlarının vaxtı bilindi

"Qarabağ"ın "Şkendiya"yla oyunlarının vaxtı bilindi
Futbol
386
31 İyul 2025 - 06:13

Supersport.Az-ın məlumayına görə, "Qarabağ"ın UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində "Şkendiya" (Makedoniya) ilə oyunlarının vaxtı məlum olub.


Ağdam təmsilçisi ilk matçı səfərdə keçirəcək.


"Şkendiya" - "Qarabağ" oyununun avqustun 5-də Bakı vaxtilə 22:00-da startı nəzərdə tutulub.


"Qarabağ" avqustun 4-də Makedoniyaya yollanmağı planlaşdırıb.


Komandalar arasında cavab matçı isə avqustun 12-də Bakıda olacaq. Hələlik UEFA oyunların saatını təsdiqləməyib.


Xatırladaq ki, "Qarabağ" 2-ci mərhələdə "Şelburn"u (İrlandiya), "Şkendiya" isə FCSB-ni (Rumıniya) mübarizədən kənarlaşdırıb.

Digər xəbərlər