"Qarabağ" da çox böyük komandadır" - "Şkendiya"nın baş məşqçisi Jeton Bekjiri

"Qarabağ" da çox böyük komandadır" - "Şkendiya"nın baş məşqçisi Jeton Bekjiri
Futbol, Eksklüziv
508
31 İyul 2025 - 09:37

Supersport.Az-ın əldə etdiyi məlumata görə, Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində "Qarabağ"a rəqib olan "Şkendiya"nın baş məşqçisi Jeton Bekjiri komandasının Rumıniyanın "Styaua" üzərində qələbəsini şərh edib.


"Dünyanın istənilən komandasına hörmət edirik. Nəinki ikinci, hətta üçüncü liqa klublarına ehtiram göstəririk. 

Hər gün işləyirik və bu, mənim üçün ən vacib şeydir. Əlimizdən gələnin ən yaxşısını və rəqib komandalara hörmət lazındır. Çünki özümüzə hörmət edə biləcəyimiz yeganə yol budur.


Futbol maraqlıdır, o qədər də güclü olmayan komanda daha reytinqli rəqibə qalib gəlməyi bacarır”.


Bilirdim ki, birinci hissədə qol vurmasaydıq, ikinci hissədə necə oynayacağıq. Komandamın uğur qazanacağına 100 faiz əmin idim".


Jeton Bekjiri "Styaua"nın baş meneceri Mixay Stoikanın oyundan əvvəl "Şkendiya"nı Rumıniya ikinci liqasının komandasına bənzətməsinə əsəbləşib:


"Biz Rumıniya ikinci liqa komandası deyilik.

Rəqibdən hörmətsizlik hiss etdim, amma vecimə deyil. Futbolçulara, məşqçilərə, rəqib sahibinə hörmət edirəm və bundan sonra da belə etməyə davam edəcəyəm.


Bəlkə də "Styaua" indi ən yaxşı vəziyyətdə deyil. Artıq kiçik komandalar yoxdur. Nə edəcəyik? Xəyal qurmaqdan əl çəkməyəcəyik".


Jeton Bekjiri, Çempionlar Liqasının III təsnifat mərhələsində qarşılaşacağı Azərbaycan komandası “Qarabağ”ı FCSB ilə müqayisə edib:


"Qarabağ” da FCSB kimi çox böyük komandadır, təcrübəli oyunçuları var. Amma bizim üçün rəqib komandaya hörmət etmək, əlimizdən gələni etmək çox vacibdir. Bu, önəmlidir. Bu matçla bağlı daha çox şərh vermək istəmirəm. İndi biz bu qələbədən həzz alırıq və sabahdan etibarən "Qarabağ"la növbəti mərhələni düşünəcəyik”.


"Şkendiya" avqustun 5-də ilk matçda meydanında "Qarabağ"ı qəbul edəcək. Bir həftə sonra cavab oyunu keçiriləcək.


Xatırladaq ki, "Qarabağ" 2-ci mərhələdə "Şelburn"u (İrlandiya) 3:0, 1:0, "Şkendiya" isə FCSB-ni (Rumıniya) 1:0, 2:1 məğlub edərək. mübarizədən kənarlaşdırıb.




Digər xəbərlər