"Araz-Naxçıvan" 3-cü mərhələdə

Futbol
314
01 Avqust 2025 - 00:15
Bu gün Konfrans Liqasında 2-ci təsnifat mərhələsinin cavab görüşləri baş tutur.
Supersport.Az xəbər verir ki, "Araz-Naxçıvan" "Aris"in(Saloniki) qonağı olub.
Yunanıstanda keçirilən matça Bakı vaxtı ilə saat 22:15-də start verilib.
Oyunda "Araz" 2 qolla irəli çıxsa da, "Aris" hesabı bərabərləşdirib. Lakin Azərbaycan klubu mərhələ adlayıb.
22:15 "Aris" - "Araz" 2:2
Birinci görüşdə "Araz-Naxçıvan" rəqibini 2:1 məğlub edib.
Qeyd edək ki, təmsilçimiz "Aris" səddini keçərsə, III təsnifat mərhələsində "Omoniya" (Kipr) – "Torpedo"(Kutaisi,Gürcüstan) cütünün qalibi qarşılaşacaq.