"Hayduk" "Zirə"ni kənarlaşdırdı

"Hayduk" "Zirə"ni kənarlaşdırdı
Futbol
318
01 Avqust 2025 - 01:34

"Zirə" bu gün Konfrans Liqasının ikinci təsnifat mərhələsinin cavab matçına çıxıb.


Supersport.Az xəbər verir ki, Rəşad Sadıqovun rəhbərlik etdiyi kollektiv "Hayduk"un qonağı olub. 


Xorvatiya klubu 19-cu dəqiqədə Azərbaycan komandasının qapısına yol tapıb. Lakin "Zirə" son dəqiqədə bərabərlik qolunu vuraraq, oyunu əlavə vaxta aparıb. "Hayduk" "Zirə"yə ikinci qolu vuraraq, növbəti mərhələyə adlayıb.


Konfrans Liqası

2-ci təsnifat mərhələsi, cavab oyunu


31 iyul


23:00 "Hayduk" (Xorvatiya) – "Zirə" (Azərbaycan) 2:1


Qollar: F.Krovinoviç,19, F.Benrahou,95, - İssa Cibrilla,90+3


Qırmızı vərəqə: Quima,77 ("Zirə")


İlk oyun – 1:1

Baş hakim: Luka Payretto (İtaliya)

Split. “Polyud Stadium”

Digər xəbərlər