UEFA reytinqi: Azərbaycan Rusiyanı da geridə qoydu

Futbol
265
31 İyul 2025 - 07:49
Azərbaycan UEFA-nın klublar reytinqində irəliləyib.
Supersport.Az xəbər verir ki, Azərbaycanın 12 qat çempionu "Qarabağ"ın Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin "Şelburn"u (İrlandiya) cavab oyununda məğlub etdiyi üçün ölkəmiz mövqeyini yaxşılaşdırıb.
Bu qələbə Azərbaycana daha 0,250 xal qazandırıb.
Azərbaycan 18.375 xalla Rusiyanı (18,299) geridə qoyaraq 29-cu yerdən 28-ci pilləyə qalxıb.
Azərbaycandan bir pillə öndə - 27-ci yerdə olan Ukraynanın 18,725 xalı var.
Onu da bildirək ki, ölkəmizin bu həftə xal ehtiyatını daha da artırmaq baxımından imkanı var. Bu gün UEFA Konfrans Liqasındakı 3 təmsilçimiz - "Zirə", "Sabah" və "Araz Naxçıvan" 2-ci mərhələdə cavab oyunlarını keçirəcəklər.