Juninyonun komandasından dünya çempionatında qələbə

Juninyonun komandasından dünya çempionatında qələbə
Futbol
299
17 İyun 2025 - 07:11

ABŞ-də təşkil olunan FIFA Klublararası Dünya Çempionatının qrup mərhələsindəI turun daha üç qarşılaşması keçirilib.


Supersport.Az xəbər verir ki, günün ilk oyunu D qrupunda İngiltərənin "Çelsi" klubu ilə yerli "Los-Anceles" komandasını 2:0 məğlub edib.


Bu qrupun digər matçında "Qarabağ"ın sabiq futbolçusu Juninyo Olaviyonun şərəfini qoruduğu Braziliya "Flamenqo"su ilə Tunisin "Esperans" kollektivinə 2:0 hesablı qalib gəlib.

Giorgian de Arrascaeta və Luiz Araujo fərqlənib. Uruqvaylı Giorgian mövsümdə 13-cü qolunu vurub.

Juninyo dünya çempionatı oyununda meydana buraxılmayıb.

"Flamenqo" iyunun 20-də ikinci turda "Çelsi"ylə qarşılaşacaq.


FIFA Klublararası Dünya Çempionatı


I tur


C qrupu


02:00 "Boka Xuniors" (Argentina) - "Benfika" (Portuqaliya) 2:2


D qrupu


23:00 "Çelsi" (İngiltərə) - "Los-Anceles" (ABŞ) 2:0


05:00 "Flamenqo" (Braziliya) - "Esperans" (Tunis) 2:0

Qollar: Giorgian de Arrascaeta 17, Luiz Araujo 70

Digər xəbərlər