"Sabah"a "Sele" rəqib oldu

"Sabah"a "Sele" rəqib oldu
Futbol
472
17 İyun 2025 - 17:11

Supersport.Az-ın məlumatına görə, bu gün UEFA-nın klub yarışlarının püşkü atılıb.


İsveçrənin Nyon şəhərində Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasının birinci təsnifat mərhələsinin püşkatma mərasimi keçirilir.


Avropa Liqasında yarışacaq "Sabah"ın rəqibi müəyyənləşib.


Səpələnməmişlər səbətində yer alan "Sabah" daha yüksək reytinqə malik olan komandalardan biri "Sele" (Sloveniya) rəqib olub.


"Sabah" ilk oyununu iyulun 10-da, cavab görüşünü isə 17-də keçirəcək.


İyunun 18-də isə Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin püşkatma mərasimi keçiriləcək. Püşk Bakı vaxtilə 14:00-da başlanacaq.


Çempionlar Liqasının ikinci təsnifat mərhələsindən mübarizəyə start verəcək "Qarabağ"ın da rəqibi müəyyənləşəcək.


Konfrans Liqasının ikinci təsnifat mərhələsində iştirak edəcək "Zirə"ylə "Araz-Naxçıvan"ın da rəqibləri sabah məlum olacaq. 

Digər xəbərlər