"Qarabağ" Bədavi Hüseynovla bağlı qərar verəcək

Futbol, Eksklüziv
476
16 İyun 2025 - 23:59
Supersport.Az-ın məlumatına görə, "Qarabağ" yaxın günlərdə Bədavi Hüseynovla bağlı qərar verəcək.
Təcrübəli müdafiəçi 13 ildir Ağdam klubunun uğurları üçün çalışır, 11 dəfə ölkə çempionu olub, 5 dəfə kuboku qazanıb.
"Qarabağ"ın iyunun sonunda 33 yaşlı Bədavi Hüseynovla müqaviləsi bitəcək. Şayiəyə görə, futbolçu klubdan ayrıla bilər. Lakin tərəflərin yaxın günlərdə bu məsələ haqda qərar verəcəyi gözlənilir.
"Qarabağ"ın mətbuat xidmətinin rəhbəri Anar Hacıyev Supersport.Az-a bildirib ki, komandadan gedən və gələn yeni futbolçu olarsa, açıqlama veriləcək.