Karlos Alos "Sabah"a gəlir, yoxsa "Sumqayıt"a?

Karlos Alos "Sabah"a gəlir, yoxsa "Sumqayıt"a?
Futbol, Eksklüziv
372
16 İyun 2025 - 15:16

Avropa Liqasında iştirak edəcək "Sabah" yeni baş məşqçi axtarır. Siyahıda ispan, rus mütəxəsslərin olduğu bildirilir.


Supersport.Az-ın əldə etdiyi məlumata görə, "Sabah" Belarus yığma komandasının baş məşqçisi Karlos Alosu gətirmək istəyir. 49 yaşlı ispaniyalı mütəxəssis 2023-cü il avqustun 8-dən bu ölkənin seçmə komandasını çalışdırır. Karlos Alosun müqaviləsinin müddəti 2026-cı 30 noyabrında bitəcək. 


49 yaşlı Karlos Alos "Poqon" (Polşa),Qazaxıstan U-17, “Kayrat”, “Rabat”(Mərakeş), “Qətər”(Qətər), “Enosis Neon Paralimni”(Kipr), Ruanda komandalarında işləyib. 


"Sabah"ın mətbuat katibi Elnur Həmidov bu məsələ haqda danışmaq istəməyib, deyib ki, baş məşqçi təyinatı ilə bağlı yaxın günlərdə ictimaiyyətə ətraflı məlumat veriləcək.


K.Alosla "Sumqayıt"ın da maraqlandığı bildirilir. Sumqayıt klubunun mətbuat xidmətinin rəhbəri Zaur Xudiyev sorğumuzla bağlı susmağa üstünlük verib.

Digər xəbərlər