"Araz-Naxçıvan" uğur istəyirsə, keyfiyyətli futbolçular gətirməlidir" - Video

Supersport.Az-a jurnalist Ceyhun Rüstəmov Konfrans Liqasında təmsilərimizdən biri "Araz-Naxçıvan" haqda danışıb.
O, hesab edir ki, hazırda komanda passivdir:
"Araz-Naxçıvan" Avropa yarışında ilk dəfə iştirak edəcək və baş məşqçi Elmar Baxşıyevin belə turnirdə uğuru yoxdur. Bu komandadan Konfrans Liqasında uğur gözlənilmir. Çünki heyəti güclü deyil. Baş məşqçi Elmar Baxşıyevin Avrokubok təcrübəsi azdır, "Qəbələ"də uğursuzluqla üzləşib. "Araz-Naxçıvan" bəzi futbolçularını saxlaya bildi, bəzilərini yox. Komanda müsbət nəticə qazanmaq istəyirsə, heyətini qorumalı, həmçinin keyfiyyətli futbolçular gətirməlidir. Hələ ki, klubda işlər ləng gedir, zəifdir".
Jurnalist, menecer Ceyhun Sultanovun kluba yeni futbolçular gətirmək üçün cəhd etdiyini bildirib:
"Bəzən Ceyhun Sultanovun faydalı futbolçular gətirəcəyinə ümid edirik. "Araz-Naxçıvan" keyfiyyətli oyunçular almağa diqqət yetirməlidir. Klubun rəhbəri Zaur Axundov işə nəzarət etməlidir, digərlərinə inanmamalıdır. Komanda Avropa yarışında uğurlu çıxış etmək, ölkə reytinqinə xal qazandırmaq istəyirsə, səviyyəli futbolçular transfer etməlidir. Hələlik yaxşı futbolçular yoxdur. Ümid edirik ki, baş məşqçi Elmar Baxşıyev komandasına keyfiyyətli futbolçular gətirilməsinə və qitə turnirində qələbə qazanmağa nail olacaq".