Olimpiya çempionu Hidayət Heydərov belə şok məğlubiyyət aldı - Video

Olimpiya çempionu Hidayət Heydərov belə şok məğlubiyyət aldı - Video
Olimpiya, Digər, Cüdo
297
15 İyun 2025 - 17:45

Supersport.Az-ın məlumatına görə, Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında Azərbaycanın cüdo yığması uğursuz çıxış edir. 


Yarışda 93 ölkənin 556 idmançısı mübarizə aparır.


Supersport.Az-ın məlumatına görə, üçüncü yarış günündə olimpiya, dünya və dördqat Avropa çempionu Hidayət Heydərov (73 kq) ilk görüşdə məğlub olub.


27 yaşlı Hidayət 1/16 final mərhələsində Portuqaliya təmsilçisi Otari Kvantidzeyə uduzub və medalsız qalıb.


Bu gün Fidan Əlizadə (57 kq) və Rəşid Məmmədəliyev (73 kq) də tatamiyə çıxıb.





Digər xəbərlər