"AFFA rəhbərliyi, utanırsınız?" - Video

Futbol, Eksklüziv, Video
459
15 İyun 2025 - 13:31
Supersport.Az-a açıqlama verən jurnalist Ceyhun Rüstəmov AFFA rəhbərliyini, futbol millisini yenidən sərt tənqid edib.
"AFFA tənqidlərdən nəticə çıxarmır, uğursuz baş məşqçi Santuşla yollar ayrılmadı. Belə çıxır ki, onun işindən razıdırlar. Azərbaycanda futbol, premyer liqa, milli komanda pis vəziyyətdədir. Millinin futbolçuları beynəlxalq oyunlara turist kimi gedirlər. Rövşən Nəcəf düzgün qərarlar verməlidir ki, ölkə futbolu inkişaf etsin.
Azərbaycan dünya reytinqində aşağı salınıb, ada ölkələrindən də geri qalırıq.
AFFA rəhbərliyi, utanırsınız?"