"Sabah" Vasili Berezutskini istefaya göndərdi - xəbərimiz təsdiqləndi

Supersport.Az-a daxil olan məlumata görə, "Sabah" Futbol Klubunun rəhbərliyi rusiyalı baş məşqçi Vasili Berezutskiylə yolları ayırıb. Məlumatda bildirilib ki, Berezutski vəzifəsindən getmək istəməsə də, klub rəhbərliyi məşqçini göndərib.
"Sabah", rusiyalı məşqçiylə müqaviləyə ailəvi səbəblərlə əlaqədar olaraq, qarşılıqlı razılıq əsasında xitam verdiyi məlumatını yayıb.
42 yaşlı V.Berezutskinin başçılığıyla "Sabah" kubokun finalında "Qarabağ"a qalib gələrək mükafatı qazanıb. Bu, təcrübəsiz rusiyalı məşqçinin ilk uğuru olub.
"Sabah"ın rəhbərliyi komandanın Avropa Liqasında uğursuzluğa düçar olacağından qorxduğu üçün Berezutskiylə vidalaşıb.
Supersport.Az mövsümün gedişində "Sabah"ın uğur qazanacağı təqdirdə belə, Berezutskini istefaya göndərəcəyini yazmışdı.
"Sabah" klubu Vasili Berezutskiylə 2024-cü il 25 noyabrda 2027-ci ilin iyunun 30-dək müqavilə imzalamışdı.
Xatırladaq ki, Vasili Berezutskini "Sabah"a komandanın idarəçilərindən biri Balakişi Qasımov gətirmişdi.