AFFA-nı boykot, sərt tənqid etdilər - Foto

Supersport.Az-ın məlumatına görə, "Göyqurdlar" Azarkeş Birliyi AFFA-nı və futbol üzrə milli komandanın oyunlarını boykot edib.
Azarkeş qurumu, millinin son məğlubiyyətindən sonra AFFA-nı tənqidi davam etdirib:
"Azərbaycan🇦🇿1-2🇭🇺Macarıstan matçından sonra başlatdığımız və 612 nəfərin iştirak etdiyi səsvermənin nəticələrinə əsasən, azarkeş birliyimizin üzvləri tərəfindən matçın ən yaxşı oyunçusu gənc qapıçımız Rza Cəfərov seçildi. Meydandakı əzmkarlığı və fədakarlığı ilə bu etimadı sonuna qədər haqq etdiyini göstərdi.
Matç boyunca sonadək döyüşən gənc qapıçımız Rza, əsl döyüşçü kimi hər kəsə örnək olmalıdır. Onsuz da hər oyunda qapımızı təkbaşına səngərdə qalan əsgər kimi müdəfiə edir, yetmirmiş kimi Macarıstanla oyunda hücuma çıxıb qol vurmağa da cəhd etdi. Artıq meydanda 10 nəfərin işini də bu uşaq görməyə çalışır. Bu səhnə kiminsə xoşuna gələ bilər, amma bizcə bu seviniləcək yox, utancverici haldır. Artıq elə vəziyyətə düşmüşük ki, hesabdakı qurtuluş ümidini qapıçı hücumuna bağlamışıq. Bu da AFFA-nın bizə bəxş etdiyi futbolun acı mənzərəsidir.
BRAVO RZA!" 🧤🇦🇿
#BoykotAFFA
🐺🇦🇿




