"Turan"ın azarkeş ordusu birinci oldu

Futbol
465
12 İyun 2025 - 16:05
"Turan Tovuz" 2024/2025 mövsümündə ev oyunlarında ən çox azarkeş toplayan komanda olub.
Komandanın 18 ev oyununu ümumilikdə 78500 azarkeş izləyib (orta göstərici 4361). Klubların ev oyunlarındakı orta göstəricidə “Neftçi” ikinci (2209), “Sumqayıt” (1858) üçüncüdür.
Qeyd edək ki, bundan öncəki iki mövsümdə də “Turan Tovuz” həm ümumi, həm də orta göstəricidə ev oyunlarında ən çox azarkeş toplayan komanda olub.
2022/2023 mövsümündə 18 ev oyununu 63300 (3517), 2023/2024 mövsümündə 18 ev oyununu isə 73900 (4016) azarkeş tribundan izləyib.


