"Qarabağ"dan ayrılan futbolçu "Zirə"də

Futbol
475
12 İyun 2025 - 14:23
Supersport.Az xəbər verir ki, "Zirə" PFK 2 futbolçusu ilə müqavilə müddətini uzadıb. Anar Nəzirovla 1 illik yeni müqavilə bağlanılıb. "Qarabağ"dan ayrılan İsmayıl İbrahimli də komandaya transfer olub. Son iki mövsümü icarə əsasında "Zirə"də keçirən yarımmüdafiəçiylə 2 illik müqavilə imzalanıb.
"Zirə" bir müddət əvvəl yeni futbolçu - Yeqor Boqomolskiylə müqavilə bağlayıb. 25 yaşlı hücumçuyla 2 illik müqavilə imzalanıb.
Qeyd edək ki, belaruslu futbolçu karyerası ərzində ölkəsinin “Dinamo” (Minsk), “Dinamo”(Brest), “Rux”, “Minsk”, həmçinin Bakının “Neftçi” klubunda çıxış edib.


