Azərbaycan hakimi ilk dəfə dünya çempionatında

Olimpiya, Digər, Cüdo
451
12 İyun 2025 - 13:13
Supersport.Az xəbər verir ki, cüdo tariximizdə ilk dəfə azərbaycanlı referi böyüklər arasında dünya çempionatına dəvət alıb.
13–20 iyun tarixlərində Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək dünya çempionatında Azərbaycan Cüdo Federasiyasının hakimlər heyətinin üzvü, "A" kateqoriyalı beynəlxalq dərəcəli hakim Nazim Umbayev ədalət təmsilçiləri arasında yer alacaq.