Qurban Berdıyev: "Daha yaxşı ola bilərdik"

Futbol
333
25 May 2025 - 20:00
Supersport.Az saytının məlumatına görə, “Turan Tovuz” baş məşqçisi Kurban Berdıyev Azərbaycan Premyer Liqasının 36-cı turunda doğma meydanda "Kəpəz"i 4:0 hesabı ilə məğlub etdikləri oyundan sonra fikirlərini bildirib.
"Oyundan razıyıq. Xüsusilə birinci hissədən. Son oyunumuzda azarkeşlərimizi sevindirdiyimiz üçün xoşbəxtik. Ümumilikdə mövsüm ərzindəki çıxışımızdan məmnunluq var. Daha da yaxşı ola bilərdik".