Berezutskidən "Sabah"ın rəhbərliyinə etiraz: "Getmək fikrim yoxdur"

Supersport.Az-a daxil olan məlumata görə "Sabah" Futbol Klubunun rəhbərliyi rusiyalı baş məşqçi Vasili Berezutskiylə yolları ayırmaq istəyir. Berezutski isə vəzifəsindən getmək istəmədiyini bildirib.
42 yaşlı V.Berezutskinin başçılığıyla "Sabah" kubokun finalında "Qarabağ"a qalib gələrək mükafatı qazanıb. Bu, təcrübəsiz rusiyalı məşqçinin ilk uğuru olub.
"Sabah"ın rəhbərliyi komandanın Avropa Liqasında uğursuzluğa düçar olacağından qorxur və buna görə də Berezitskiylə vidalaşmaq fikrinə düşüb.
"Sabah" klubu Vasili Berezutskiylə 2024-cü il 25 noyabrda 2027-ci ilin iyunun 30-dək müqavilə imzalayıb. Rusiyalı məşqçi öz istəyilə getməsə, Azərbaycan komandası kompensasiya ödəməli olacaq.
Xatırladaq ki, Vasili Berezutskini "Sabah"a komandanın idarəçilərindən biri Balakişi Qasımov gətirib.