Azərbaycan yığmasının baş məşqçisi Santuş: "Oyunçularım yorğundurlar"

Azərbaycan yığmasının baş məşqçisi Santuş: "Oyunçularım yorğundurlar"
Futbol
427
09 İyun 2025 - 19:00

Supersport.Az xəbər verir ki, Macarıstanla Bakıda yoldaşlıq oyunu öncəsi təşkil olunan mətbuat konfransında Azərbaycan yığma komandasının baş məşqçisi Fernandu Santuş fikirlərini bildirib.


"Azərbaycan millisinin hər oyunu özü-özlüyündə vacibdir. Rəqibləri təhlil edir, kimliyindən asılı olmayaraq, hamısına qarşı ciddi hazırlaşırıq. Macarıstan yığmasının hücumda və müdafiədə necə oynadığını, oyun üslubunu bilirik. Çətin qarşılaşma olacaq. Buna baxmayaraq, futbolçularımız çox istəkli, motivasiyalıdırlar. Onların durumuna görə müəyyən dəyişikliklər ola bilər. Oyunçularım yorğundurlar, iki gün əvvəl oyun keçiriblər. Bu səbəbdən bəzi dəyişikliklər istisna deyil. Macarıstan yığmasını yaxşı tanıyıram, bir neçə dəfə onlara qarşı çıxış etmişəm. Yaxşı təşkil olunmuş kollektivləri var. Sabah hər iki komanda qələbə qazanmağa çalışacaq. Komandamı strateji olaraq matça hazırlamışam".


Qeyd edək ki, iyunun 10-da "Dalğa Arena"da keçiriləcək görüş saat 20:00-da başlanacaq.

Digər xəbərlər