İbrahima Vadji "Qarabağ"a qayıdır - Eksklüziv

Futbol, Eksklüziv
972
19 İyul 2025 - 23:03
Supersport.Az-ın əldə etdiyi məlumata görə, İbrahima Vadji yenidən "Qarabağ"a qayıda bilər.
Seneqallı hücumçu Fransanın "Sent-Etyen" klubuyla başa çatan müqaviləsini yeniləməyib və iyulun 1-dən azad futbolçudur.
İbrahima Vadjinin "Qarabağ"a qayıdacağı bildirilir.
30 yaşlı futbolçu 2022-ci ildə onu 1 milyon avroya "Sent-Etyen"ə satan "Qarabağ"a indi azad agent kimi dönməyə hazırlaşır. İddiaya görə, tərəflər arasında danışıqlara başlanılıb. Futbolçu "Qarabağ"a qayıtmaq istəyir. Vadjinin qiyməti 700 min avrodur.
Qeyd edək ki, İbrahima Vadji 25 nömrəli formayla 2021-2022 mövsümündə "Qarabağ"ın heyətində 36 oyunda 20 qol vurub, ölkə çempionu olub, kubokunu qazanıb. Vadji Konfrans Liqasında 1 qol vurub.