"Qarabağ"ın "Şelburn"la səfər oyununa bilet qurtardı

"Qarabağ"ın "Şelburn"la səfər oyununa bilet qurtardı
Futbol
538
20 İyul 2025 - 01:27

Supersport.Az-ın məlumatına görə, UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin "Şelburn" - "Qarabağ" matçına satışa çıxarılan biletlər bir günə bitib.


İrlandiya paytaxtı Dublində oyunun keçiriləcəyi "Tolka Park" stadionu 6 min  tamaşaçı tutumuna malikdir.  


"Tolka Park"da 2025-2026-cı il mövsümündə ev oyunlarına biletlərin qiyməti aşağıdakı kimidir:


Böyüklər - € 22

Yaşlılar/tələbələr – €17

13-17 yaş arası gənclər - €14

12 yaşa qədər uşaqlar - € 10


Qeyd edək ki, "Qarabağ"ın "Şelburn"la ilk oyunu iyulun 23-də səfərdə keçiriləcək. Matç yerli vaxtla saat 19:45-də (Bakı vaxtı ilə 22:45-də) başlayacaq.


Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq cavab qarşılaşması iyulun 30-da oynanılacaq. Görüşə saat 20:00-da start veriləcək.


Digər xəbərlər