"Qarabağ" - "Ferentsvaroş" oyununa bilet tükəndi
Futbol
703
23 Avqust 2025 - 19:33
Supersport.Az xəbər verir ki, Çempionlar Liqasının "Qarabağ" - "Ferentsvaroş" matçına biletlər az qalıb.
Artıq 28 min 800 bilet satılıb.
“Qarabağ” – “Ferensvaroş” oyunu Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Matç üçün bilet qiymətləri 5, 20, 30, 40, 50, 100 və 150 manat təşkil edir.
🎟 VVIP C və VVIP D sektoru üçün nəzərdə tutulan biletlərin qiyməti isə 300 manatdır.
Qeyd edək ki, stadionun qapıları azarkeşlər üçün oyunun start fitindən 120 dəqiqə əvvəl açılacaq.