"Qarabağ"ın Çempionlar Liqası heyəti açıqlandı

Supersport.Az-ın məlumatına görə, Çempionlar Liqasının II təsnifat mərhələsi üçün iştirak ərizəsini UEFA-ya göndərib.
Azərbaycanın 12 qat çempionu "Qarabağ"ın İrlandiya çempionu "Şelburn"la matçların heyətində 24 futbolçu yer alıb.
Qapıçılar: 1. Şahrudin Məhəmmədəliyev, 97. Fabiyan Buntiç, 99. Mateuş Koxalski;
Müdafiəçilər: 2. Mateus Silva, 3. Sami Mmae, 13. Bəhlul Mustafazadə, 18. Dani Bolt, 26. Amin Rzayev, 30. Abbas Hüseynov, 35. Pedro Bikalyo, 44. Elvin Cəfərquliyev, 55. Bədavi Hüseynov, 81. Kevin Medina;
Yarımmüdafiəçilər: 6. Kris Kuaku, 8. Marko Yankoviç, 10. Abdullah Zubir, 15. Leandro Andrade, 20. Kadi Borges, 21. Aleksey Kaşuk, 27. Toral Bayramov, 42. Hikmət Cəbraılzadə;
Hücumçular: 11. Emmanuel Addai, 22. Musa Qurbanlı, 90. Nəriman Axundzadə.
Qeyd edək ki, “Şelburn”la ilk oyun iyulun 23-də Dublində, cavab görüşü ayın 30-da Bakıda keçiriləcək.