"Çelye" "Sabah"ı Avroliqadan kənarlaşdırdı 

"Çelye" "Sabah"ı Avroliqadan kənarlaşdırdı 
Futbol
446
18 İyul 2025 - 00:41

Supersport.Az xəbər verir ki, Azərbaycanın UEFA Avropa Liqasındakı təmsilçisi “Sabah” bu gün I təsnifat mərhələsində cavab oyununda Sloveniyanın “Çelye” kollektivinin qonağı olub.

Bakıdakı ilk oyun cavab matçında da təkrarlanıb. "Sabah" ilk qolu vursa da, hesabı qoruya bilməyib. Oyunun əsas vaxtında Azərbaycan klubu 3:2 hesabıyla öndə olsa da, əlavə vaxtda 1 qol buraxaraq, Avropa Liqasından kənarlaşıb. Cavab oyunu 3:3 başa çatıb. Beləliklə, "Çelye" mərhələ adlayıb, kənarda qalan "Sabah" Konfrans Liqasında mübarizəni davam etdirəcək.


17 iyul

 

22:00 “Selye” (Sloveniya) - “Sabah” (Azərbaycan) 3:3

Qollar: Kovaçeviç, 19-pen, Vuklişeviç 49 - Mikels 9, 63, 64

Selye stadionu. 

Baş hakim: Draqomir Draqanov

Baş hakimin köməkçiləri: Xristo Hadziyski, Krasimir Atanasov

Dördüncü hakim: Martin Jivkov Velikov

VAR: Vasimir El-Hatib

AVAR: Volen Çinkov

(Hakimlər briqadası Bolqarıstandandır)

Digər xəbərlər