Arda Turan: "Şaxtyor"a avrokuboklar da qazandırmağa çox həvəsliyik"

Arda Turan: "Şaxtyor"a avrokuboklar da qazandırmağa çox həvəsliyik"
Futbol
307
28 May 2025 - 06:15

Supersport.Az-ın məlumatına görə, Ukraynanın "Şaxtyor Donetsk" klubu türkiyəli mütəxəssis Arda Turanı yeni baş məşqçi təyin edib. Ardayla 2 il müqavilə imzalanıb. 38 yaşlı Arda Turan "Şaxtyor"un 39-cu baş məşqçisi olacaq.


Arda illik 2 milyon avro qazanacaq.


Arda Turan iddialı açıqlama verib.


"Zəngin tarixə və böyük ənənələrə malik böyük klub "Şaxtyor"a qoşulduğum üçün fəxr edirəm. Donetsk klubu bütün Avropada yaxşı tanınan, hər matçda qalib gəlmək əzmində olan bir komandadır. Ümid edirəm ki, kluba töhfə verəcəyəm və oyunumuzla azarkeşlərimizə çoxlu sevincli anlar yaşadacağıq. Biz həm Ukraynada, həm də Avropa yarışlarında kuboklar qazanmaq üçün çox həvəsliyik".


Qeyd edək ki, Arda Turan 2023-cü il aprelin 14-də məşqçilik karyerasına "Eyüpspor"da bsşlayaraq komandanı Türkiyə Superliqasına daşıyıb. Bu mövsüm klub Superliqada 19 komanda sırasında 6-cı olub. Arda Turan "Eyüpspor"u 84 oyuna çıxarıb.

Digər xəbərlər