AFFA prezidenti Rövşən Nəcəfin yalanları

AFFA prezidenti Rövşən Nəcəfin yalanları
Futbol, Eksklüziv
351
26 May 2025 - 23:55

SOCAR, AFFA prezidenti Rövşən Nəcəf futbol sahəsində fəaliyyətini daha çox yalanlar üzərində qurub. Bir il rəhbərliyi dövründə futbolumuz quyunun dibinə düşdü.


Rövşən Nəcəfin komandası vədlərinə əməl etmədi: infrastruktur, uşaq futbolunun, milli komandaların problemləri olduğu kimi qaldı. İndi isə futbolçuları məhvə aparan bir neçə süni örtüklü meydança salırlar. AFFA rəhbərliyi mütəxəssislərdən Qurban Qurbanov, Ağasəlim Mircavadov və başqalarının məsləhətlərinə fikir vermir. Anlamırlar ki, süni örtüklü meydançalar təhlükəlidir.


Rövşən Nəcəf əvvəlki rəhbər Rövnəq Abdullayevin səhv yolunu gedir, klublara da zülm edir. R.Nəcəf dövlətin komandalara ayırdığı milyonlarla manatın ödənişini gecikdirir, tənqidlərdən nəticə çıxarmır.


"AFFA dövlətin klublara ayırdığı pulu niyə gecikdirir?" sualına cavab verən zaman AFFA-nın mətbuat katibi Elnur Məmmədli, məsələdən yayınmağa cəhd edib: "Kim deyir gecikdirir?" sualını verib.


Rövşən Nəcəf bir il əvvəl idman mediası nümayəndələriylə görüşdə futbolu təbliğ edənlərə maddi dəstək olacağına söz vermişdi. AFFA prezidenti bu vədinə yarımçıq əməl etdi: bir qrup jurnalistlərə təbliğat üçün pul ayırır, bir qrupuna isə yox.

AFFA-dan yalandan da deyirlər ki, belə şey yoxdur.

Digər xəbərlər