"Kəpəz"də yeni baş məşqçi: Adil Şükürov

Futbol
316
10 İyun 2025 - 19:53
“Kəpəz” Adil Şükürovun təyinatını açıqlayıb.
Supersport.Az saytının məlumatına görə, klubun yaydığı açıqlamada mütəxəssislə 2 il müqavilə imzalandığı bəyan edilib.
Xatırladaq ki, Şükürov 2023-cü ilin noyabrından 2024-cü ilin avqust ayına kimi olan dövrdə də "Kəpəz"i çalışdırıb. O, komandada futbolçu qismində də çıxış edib. A.Şükürov 1999/2000-ci illər mövsümdə Gəncə klubunun heyətində ölkə çempionatının gümüş medallarını qazanıb, Azərbaycan Kubokunu başı üzərinə qaldırıb.