"AFFA rəhbərliyi, Santuşu qovmaq lazımdır" - Video

Futbol, Eksklüziv, Tribuna, Video
811
11 İyun 2025 - 23:00
Supersport.Az-a açıqlamasında jurnalist Ceyhun Rüstəmov Azərbaycanın futbol yığmasının beynəlxalq oyunlarda uğursuz çıxışını biabırçılıq adlandırıb.
Rüstəmov portuqaliyalı baş məşqçi Fernando Santosun rəhbərliyi müddətində millinin 10 oyunda qələbəyə həsrət qaldığını rüsvayçılıq hesab edib.
Jurnalist, AFFA rəhbərliyinə Özbəkistan, İran və Gürcüstanın yığmalarının final mərhələlərinə vəsiqə qazanmasını nümunə göstərib:
"AFFA rəhbərliyi, əcnəbi məşqçini göndərib, yerli mütəxəssis gətirilməlidir, Santuşu qovmaq lazımdır".
O, Arif Əsədovlu millinin yaxşı vəziyyətdə olduğunu xatırladıb.