"Sabah" dünya reytinqində 50 pillə irəlilədi, "Qarabağ" gerilədi

"Sabah" dünya reytinqində 50 pillə irəlilədi, "Qarabağ" gerilədi
Futbol, Eksklüziv
386
11 İyun 2025 - 11:51
Supersport.Az-ın məlumatına görə, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası yeni reytinqini açıqlayıb.


"Qarabağ" 144,75 xalla dünya reytinqində 5 pillə geriləyərək 119-cu pilləyə düşüb. 


"Zirə" (95,75 xal) 1 pillə irəliləyərək 232-cidir. 


Azərbaycan Kubokunu alan "Sabah" (76 xal) 50 pillə yüksələrək, 317-ci pilləyə qalxıb.  


"Araz-Naxçıvan" 61.25 xalla 8 pillə irəliləməklə 446-cı yeri tutur.  


Qeyd edək ki, 505 klubun yer aldığı siyahıda ilk üç pillədə İspaniyanın "Real Madrid" (470 xal), "Barselona" (434 xal) və İtaliyanın "İnter" (419 xal) klubları yer alıb. Çempionlar Liqasının son qalibi PSJ (402 xal) iki pillə irəliləyərək, 4-cü yerə qalxıb.


Digər xəbərlər