"Real Madrid" yeni baş məşqçi Xabi Alonsonu təqdim etdi - Foto

"Real Madrid" yeni baş məşqçi Xabi Alonsonu təqdim etdi - Foto
Futbol
363
26 May 2025 - 15:45

Supersport.Az xəbər verir ki, "Real Madrid" Xabi Alonsonun baş məşqçi təyin olunduğunu açıqlayıb.


Alonso 1 iyun 2025-ci ildən 30 iyun 2028-ci ilə qədər üç mövsüm bu komandanı çalışdıracaq. 


"Real Madrid" bu gün stadionunda keçirilən imza mərasimində baş məşqçini mətbuata təqdim edib.


Məşqçilik karyerasına 2018-ci ildə "Real Madrid"in gənclərdən ibarət komandasında başlayan 43 yaşlı mütəxəssis, "Real Sosyedad B" və "Bayer Leverkuzen" klublarını çalışdırıb.


2023-2024 mövsümündə tarixində ilk dəfə "Bayer"i Bundesliqa çempionu edən Alonso Almaniya komandası ilə ölkə kubokunu və Superkubokunu da qazanıb.


Digər xəbərlər