Səs yazısı - Qurban Qurbanov: "Barselona"nın mənə vaxt ayırması asan deyildi, böyük təcrübə qazandım"

Səs yazısı - Qurban Qurbanov: "Barselona"nın mənə vaxt ayırması asan deyildi, böyük təcrübə qazandım"
Futbol, Audioyazı
472
24 May 2025 - 22:17

Supersport.Az "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun "Barselona" klubunun düşərgəsində olduğuyla bağlı fikirlərinin audio yazısını təqdim edir.



"Barselona"nın demək olar ki, bütün yaş qruplarının məşqində iştirak etdim. O cümlədən əsas komandanın. Çox yaxşı səfər alındı. Klub rəsmiləri ilə söhbətlərimiz oldu. Eləcə də baş məşqçi Hans Fliklə. Hər biri ilə çox geniş danışa bilmədik. Çünki "Barselona" çox böyük klubdur. Onların mənim üçün vaxt ayırması heç də asan deyildi. Onların məşqində rahatlıqla iştirak etmək olmur. Öz prinsipləri var. İlk dəfə Pep Qvardiolanın vaxtında "Barselona"nın düşərgəsində olmuşdum. Həmin vaxt ulduzlar daha çox idi. Onda da, indi də heyətdə öz akademiyalarının futbolçuları çoxdur. Yaşlarını da bilirsiz, çox gənc komandadır. Mənim üçün ora getmək çox vacib idi. Bir şeyə əmin oldum ki, sistemi qoruyub-saxlamaq vacibdir. Onu icra edən futbolçular bu sistemi sevməlidirlər. Komandada adlı-sanlı futbolçunun olması o demək deyil ki, bütün işlər düzələcək. Tam əksi ola bilər. Öyrəndiyim çıx şey oldu. Belə səfərlər həm böyük təcrübə, həm də inam verir. Bunun nəticəsində işin daha keyfiyyətli olur".

Digər xəbərlər