Qurban Qurbanov “Barselona”nın düşərgəsində oldu - Fotolar

Qurban Qurbanov “Barselona”nın düşərgəsində oldu - Fotolar
Futbol, Foto
416
24 May 2025 - 21:25

Supersport.Az-ın məlumatına görə, "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov İspaniyanın “Barselona” klubunun düşərgəsində olub.


Təcrübəli mütəxəssis üçgünlük səfər çərçivəsində La Liqa təmsilçisinin həm əsas və B komandaları, həm də aşağı yaş komandalarının – U-19, U-15 və U-10-un məşqlərini izləyib.

 

Qurban Qurbanov “Barselona”nın almaniyalı baş məşqçisi Hans-Diter Flik, UEFA Gənclər Liqasının qalibi olan U-19-un çalışdırıcısı Yuliano Beletti, klubun idman direktoru Deku ilə fikir mübadiləsi aparıb. Flik "Qarabağ"ın baş məşqçisinə növbəti çempionatın gedişində yenidən “Barselona”nın düşərgəsinə gəlməyi tövsiyə edib. Qurbanov yenidən İspaniya klubunun bazasına dəvət olunub. Mütəxəssisin növbəti mövsümdə “Barselona”nın düşərgəsinə daha uzunmüddətli səfəri planlaşdırılır.



Digər xəbərlər