UEFA Avropa Liqasının finalında biabırçılıq

Futbol
352
22 May 2025 - 16:23
Avropa Liqasının finalı biabırçılıqla başa çatıb.
Supersport.Az xəbər verir ki, UEFA-nın yarıtmaz fəaliyyəti səbəbindən turnirin qalibi "Tottenhem"in bəzi futbolçuları qızıl medalsız qalıblar. Buna görə onlar məyus olublar.
UEFA prezidenti Aleksander Çeferin Son Xın Min, Rodriqo Bentankur və Kristian Romeroya medal verməyib.
UEFA adətən 40-a yaxın medal hazırlatdırıb və bütün heyət üçün kifayət edirdi. Bu dəfə isə mükafat çatmayıb.
UEFA rəsmilərindən biri medal qıtlığını görüb qəfil cibindən çıxarıb. Bu, bəzi mükafatların əvvəlcədən verilə biləcəyinə dair şübhələr yaradır.
Qeyd edək ki, "Tottenhem" finalda "Mançester Yunayted"i 1:0 hesabı ilə məğlub edib.