Supersport.Az-ın məlumatına görə, Çempionlar Liqasının dördüncü turunda “Beşiktaş” “Monako”nu qəbul edib. Qarşılaşma qollu bərabərliklə başa çatıb. “Monako”dan Lopes ilk hissənin sonunda hesabı açıb. İkinci hissənin 54-cü dəqiqəsində “Beşiktaş”ın əsas silahı Cenk Tosun qola penalti zərbəsiylə cavab verib. Dörd oyundan 10 xal toplayan Türkiyə klubun vaxtından əvvəl növbəti mərhələyə vəsiqə qazanıb.
