İslamiada: İki güləşçimiz çempion oldu

İslamiada: İki güləşçimiz çempion oldu
İslamiada-2017, Digər, Güləş
20 May 2017 - 20:10
Paytaxtımızda keçirilən IV İslam Həmrəyliyi Oyunları çərçivəsində Heydər Əliyev adına İdman Arenasında güləş yarışları davam edir. Yarışlarda sərbəst, yunan-Roma və qadın güləşi üzrə yığma komandamız mübarizə aparır.

Güləş yarışlarının üçüncü günündə yığmamızın üzvlərindən Mahir Əmiraslanov (57 kq) və Nurməhəmməd Hacıyev (97 kq) qızıl, Məhəmməd Müslümov (65 kq) isə gümüş medal qazanıb.

Yarışların dördüncü günündə 61, 70, 86 və 125 kq çəkidə sərbəst güləşçilər qüvvəsini sınayıb.

Hacı Əliyev, Cəmaləddin Məhəmmədov qızıl, Murtuz Müslümov gümüş, olimpiya çempionu Şərif Şərifov isə bürünc medal qazanıb.

61 kq 

FİNAL - Alibek Osmonov (KGZ) - Hacı Əliyev 0:10
1/2 final - Hacı Əliyev - İsmaelpoorjouybari (İRİ) 8:1
1/4 final - Hacı Əliyev - T.Xocayev (TJK) 9:0
1/8 final - Hacı Əliyev - S.Myradov (TKM) 10:0

70 kq 

FİNAL - Murtuz Müslümov - Mostafa Hosseinkhani (İRİ) 0:10
1/2 final - Murtuz Müslümov - R.Sadybakasov (KGZ)
1/4 final - Murtuz Müslümov - Z.Dama (TUR) 6:0

86 kq 

Bürünc medal görüşü - Baxodur Kodirov (TJK) - Şərif Şərifov 0:11
1/2 final - Yazdanicharati (İRİ) - Şərif Şərifov 11:0
1/4 final - M.İnam - Şərif Şərifov 1:11
1/8 final - N. Al Mushatta (İRQ) - Şərif Şərifov 0:10

125 kq 

FİNAL - Cəmaləddin Məhəmmədov - Daulet Şabanbay (KAZ)
1/2 final - Cəmaləddin Məhəmmədov - J.Sadeghzadeh (İRİ) 7:3
1/4 final - Cəmaləddin Məhəmmədov - R. Alkrad (SYR) 10:0

Final görüşləri saat 18:00-da başlayacaq.

Digər xəbərlər