"Telekom" yenə məğlub oldu

"Telekom" yenə məğlub oldu
Digər, Voleybol
10 Yanvar 2017 - 19:51
Yanvarın 10-da Bakının qadınlardan ibarət “Telekom” voleybol komandası Çempionlar Liqası yarışlarının qrup mərhələsində ikinci oyununu keçirib.

Supersport.Az xəbər verir ki, Bakı təmsilçisi “Sərhədçi” Olimpiya İdman Mərkəzində Polşanın “Ximik” komandasını qəbul edib.

Lixtenşteynli baş hakim Filipe Şürmannın idarə etdiyi oyunda “Ximik” komandası 3:0 hesablı qələbə qazanıb.

Komandamız növbəti oyununu yanvarın 25-də İtaliyada yerli “Modena” klubuna qarşı keçirəcək.

Bakı təmsilçisi Çempionlar Liqasının “A” qrupunda ilk oyununu səfərdə İtaliyanın “Konegliano” komandasına qarşı keçirib və 0:3 hesabı ilə məğlub olub.

Digər xəbərlər