“Real Madrid” 7 milyona qənaət edəcək

Futbol
04 İyun 2023 - 15:09
Supersport.Az xarici mətbuata istinadla xəbər verir ki, “Real Madrid” Eden Hazardın getməsi sayəsində təxminən 7 milyon avroya qənaət edəcək.
Bir gün əvvəl madridlilər cari mövsümün sonunda müqavilənin 2024-cü ilin yayına qədər hesablandığı halda, yarımmüdafiəçinin qarşılıqlı razılaşma əsasında klubdan ayrılacağını açıqlamışdı.
İnsayder Fabrizio Romanonun sözlərinə görə, 32 yaşlı belçikalı demək olar ki, yeddi milyon avrodan imtina edib - bu, onun mövsüm üçün maaşının bir hissəsidir.
Hazard “Real Madrid”in heyətində 76 oyuna çıxıb, 7 qol vurub və 12 məhsuldar ötürmə edib.
Yarımmüdafiəçi bu mövsüm bütün yarışlarda 10 oyuna çıxıb və 392 dəqiqə meydanda olub. O, 1 qol vurub, 2 məhsuldar ötürmə verib.