Supersport.Az Bakıda təşkil olunacaq dünya çempionatı ərəfəsində Azərbaycan Taekvondo Federasiyasının vitse-prezizdenti Nağı Səfərovun fikirlərini videogörüntü alıb.
Qurum rəsmisi, bildirib ki, mötəbər yarışda rekord sayda 143 ölkənin iştirakı təsdiqlənib, Rusiya ilə bağlı hələ ki, qərar verilməyib.
O, dünya çempionatı üçün hazırlanan hədiyyələrin ilk növbədə şəhid və qazi ailələrinə verildiyini söyləyib.
Vitse-prezident yeniyetmə və gənclərin qəhrəmanlardan nümunə götürməsinin vacibliyini qeyd edib.