Yarımfinalda ilk oyunlar keçiriləcək

Yarımfinalda ilk oyunlar keçiriləcək
Digər, Voleybol
30 Mart 2023 - 14:05
Bu gün kişi voleybolçular arasında Azərbaycan çempionatında yarımfinal mərhələsinin ilk oyunları keçiriləcək.

Supersport.Az xəbər verir ki, oyun günündə “Murov” klubu MOİK, “Xarı bülbül” isə “Neftçi” ilə üz-üzə gələcək.

Qeyd edək ki, əsas mərhələdə baş tutmuş dörd dövrənin nəticələrinə görə, turnir cədvəlində birinci olan komanda dördüncü yerin sahibi ilə, ikinci olan komanda isə üçüncü yeri tutan klubla qarşılaşır. Yarımfinal mərhələsi iki qələbəyə, final mərhələsi isə üç qələbəyə kimi oynanılacaq.

Digər xəbərlər