Millət vəkili yenidən federasiya prezidenti seçildi - Foto

Millət vəkili yenidən federasiya prezidenti seçildi - Foto
Karate, Digər, Foto
08 Fevral 2023 - 16:15

Supersport.Az-ın məlumatına görə, fevralın 8-də Azərbaycan Karate Federasiyaları Asossiasiyasının ümumi yığıncağı keçirilib.


Bir 1 kişi ve ayakta görseli olabilirBir 9 kişi ve ayakta duran insanlar görseli olabilir


Bir 9 kişi ve ayakta duran insanlar görseli olabilirBir 12 kişi ve ayakta duran insanlar görseli olabilir


Gənclər və İdman Nazirliyinin inzibati binasında keçirilən tədbir Dövlət Himnimizin səsləndirilməsi ilə başlanıb. Yığıncaq iştirakçılarını salamlayan Asossiasiyanın üzvü Həmdiyyə Məmmədov yığıncağın gündəliyi barədə məlumat verib. Bundan sonra Azərbaycan Karate Federasiyaları Asossiasiyasının rəhbərliyinə seçkilər keçirilib. Asossiasiyanın prezidenti vəsifəsinə Milli Məclisin üzvü Ülvi Quliyev, vitse-prezidenti postuna isə Füzuli Musayev, Rəhman Hətəmov, Fərid Əsgərov və Allahverdi Rüstəmov seçiliblər. Yığıncaqda həmçinin Yaşar Bəşirov, Elçin Mehdizadə, Maarif Bağırov, Rəfael Bünyatov və Zöhrab Məmmədov təşkilatın idarə heyətinin üzvü seçiliblər.


Bir 1 kişi ve oturuyor görseli olabilir


Bir 1 kişi görseli olabilir


Yığıncaqda Azərbaycan Karate Federasiyaları Asossiasiyasının prezidenti Ülvi Quliyev çıxış edərək qurumun bundan sonrakı fəaliyyəti və qarşıdakı planları barədə danışıb.

Sonda Gənclər və İdman Nazirliyi İdman şöbəsinin müdiri Elnur Məmmədov çıxış edərək Asossiasiyanın yeni seçilən rəhbrəliyini təbrik edib və onlara fəaliyyətlərində uğurlar arzulayıb.

 

Digər xəbərlər