Azərbaycan taekvondoçusu ikiqat dünya çempionu oldu

Azərbaycan taekvondoçusu ikiqat dünya çempionu oldu
Digər, Taekvondo
19 May 2019 - 22:26
Supersport.Az-ın məlumatına görə, İngiltərənin Mançester şəhərində taekvondo üzrə dünya çempionatında ölkəmiz uğur qazanıb.

Yarışda 150 ölkədən 975 idmançı mübarizə aparıb.

Milli komandamızın qadın üzvü Fəridə Əzizova (67 kq) yarımfinala vəsiqə qazansa da, son rəqibi keçilməz olub. Kosta-Rika, İran və Fil Dişi Sahil rəqibinə qalib gələn Fəridə, yarımfinalda çinli idmançıya məğlub olaraq mundialı bürünc medalla başa vurub.

Milad Beigi Hərçəqani dünya çempionatının həlledici döyüşündə yunanıstanlı Apostolos Telikostoglouya 22:12 hesabı ilə qalib gələrək qızıl medala sahib çıxıb. 28 yaşlı idmançı ikinci dəfə dünya çempionu olub.

 

 

 

 

 

 

 

Digər xəbərlər