Eksklüziv: Rəşad futboldan getdi

Eksklüziv: Rəşad futboldan getdi
Futbol, Eksklüziv
04 İyul 2018 - 12:51
Supersport.Az-ın əldə etdiyi məlumata görə, ölkəmizdə tanınmış futbolçulardan olan Rəşad Sadiqov karyerasını başa vurub.

“Neftçi"nin bir müddət əvvəl yollarını ayırdığı 34 yaşlı yarımmüdafiəçi, son dəfə çempionatın debütantı "Sabah"la razılığa gəlmişdi. Təcrübəli oyunçu, yeni klubunun bir neçə məşqində iştirak etsə də, sonradan futbolla vidalaşmağa qərar verib. Buna əsas səbəb olaraq, Rəşadın ailə üzvlərindən birinin səhhətində ciddi problem olduğu göstərilir. Futbolçu əməkdaşımızın zənginə cavab verməyib.

Qeyd edək ki, Rəşad karyerası ərzində "Xəzri", "Bakı fəhləsi", "Şəfa", MOİK, "Qarabağ", "Neftçi", "Xəzər Lənkəran", "Qəbələ", "Zirə" klublarında çıxış edib. R.Sadiqov flaqmanla Avroliqanın qrupuna düşmək sevincini yaşayıb.

Digər xəbərlər