"Lion"un futbolçusu "Roma"da

"Lion"un futbolçusu "Roma"da
Futbol
03 İyul 2017 - 18:55


“Roma” heyətini yeni futbolçuyla gücləndirib.

 

Supersport.Az xəbər verir ki, “canavarlar” “Lion”un yarımmüdafiəçisi Maksim Qonalonu heyətinə cəlb edib. Bu barədə məlumatı paytaxt klubunun saytı yayıb.

 

Fransa millisinin üzvü ilə 4 illik müqavilə imzalanıb. “Roma” 28 yaşlı futbolçu üçün 5 milyon avro ödəyəcək. Futbolçu özü isə yeni klubunda illik 2,5 milyon avro qazanacaq.

Digər xəbərlər