Qətər millisi Asiya Kubokunu ikinci dəfə qazandı - Foto

Qətər millisi Asiya Kubokunu ikinci dəfə qazandı - Foto
Futbol, Foto, Arena
11 Fevral 2024 - 15:33

Futbol üzrə Asiya Kubokunun finalında İordaniya və Qətər yığmaları qarşılaşıblar.

Supersport.Az xəbər verir ki, gərgin qarşılaşma qətərlilərin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Qarşılaşmada hesab 22-ci dəqiqədə açılıb. Qətər seçməsinin heyətində Əkrəm Afif penaltini dəqiq yerinə yetirib. İordaniya yığması matçın 67-ci dəqiqəsində Yazan Əl-Naimatın qolu ilə hesabı bərabərləşdirib. Lakin 73-cü və 90+5-ci dəqiqələrdə Əkrəm Afif növbəti penaltiləri qola çevirərək komandasına kuboku qazandırıb.

Xatırladaq ki, Qətər yığması 2019-cu ildə də BƏƏ-də keçirilən turnirdə Asiya Kubokunu qazanmışdı.

Digər xəbərlər