"Üç gündə iki Superliqa klubuyla qarşılaşmaq ağır oldu" - Elmar Baxşıyev

Supersport.Az xəbər verir ki, bu gün yoxlama matçında "Konyaspor"la qarşılaşan "Araz-Naxçıvan"ın baş məşqçisi Elmar Baxşıyevin oyunla bağlı fikirlərini bildirib.
"Bu oyun əvvəldən planda yox idi. İki gün əvvəl qərar verdik ki, “Konyaspor”la qarşılaşaq. Üç gün əvvəl isə “Alanyaspor”la gücümüzü sınadıq. 3 gün ərzində Super Liqanın iki klubu ilə qarşılaşmaq ağır olsa da, meydana çıxan futbolçular yaxşı iş görməyə çalışdılar. Xüsusilə də müdafiə xəttində dəyişikliklər etmişdik. Müxtəlif variantları yoxlamaq istədik. Səhvlərimiz oldu və rəqib də bundan istifadə etdik. Əlbəttə, yoxlama oyununda nəticə yox, futbolçuların meydanda gördüyü, etdiyi işlər vacibdir. Məğlub olsaq da, komandamın apardığı mübarizədən, göstərdiyi oyundan narazı qalmadım. Məşqlərdə göstərilənləri reallaşdırmağa çalışırlar. Ancaq düzəltməli olduğumuz elementlər var ki, bunu düzəlmətmək üçün məşqlərdə çox işləməliyik".