Yoaxim Löv Özbəkistan millisinin baş məşqçisi gətirilə bilər

Yoaxim Löv Özbəkistan millisinin baş məşqçisi gətirilə bilər
Futbol
372
14 İyul 2025 - 12:39

Supersport.Az xəbər verir ki, dünya çempionu Joachim Löw dünya çempionatının final mərhələsinə vəsiqə qazanan Özbəkistanın futbol millisinin baş məşqçisi təyin oluna bilər.


Məşhur alman mütəxəssislə özbək qurumunun rəhbərliyinin danışıqlar apardığı xəbəri yayılıb.

 

Özbəkistan Futbol Assosiasiyasının Yoaxim Lövlə razılaşacağı bildirilir.


Löv 2021-ci ildə Almaniya millisinin baş məşqçisi postundan getdikdən sonra heç bir komandaya rəhbərlik etməyib. 


Y.Löv Özbəkistan Futbol Assosiasiyasının təklifini qəbul edərsə, Timur Kapadzenin onun məşqçilər korpusuna qoşulacağı gözlənilir.


Yoaxim Löv 2006-2021-ci illərdə Almaniya millisinin baş məşqçisi vəzifəsində çalışıb və komandanı 2014-cü ildə Braziliyada keçirilən futbol üzrə dünya çempionatında birinci edib.


O, 2014-cü ildə əldə etdiyi nailiyyətə görə FİFA tərəfindən ilin ən yaxşı məşqçisi seçilib.



Digər xəbərlər