"Araz-Naxçıvan" planında dəyişiklik etdi

Futbol
360
14 İyul 2025 - 12:17
Supersport.Az xəbər verir ki, Türkiyənin Ərzurum şəhərində təlim-məşq toplanışını davam etdirən "Araz-Naxçıvan"ın yoxlama oyunları ilə bağlı planında dəyişiklik edilib. Komanda bu gün daha bir oyun keçirəcək. Azərbaycan klubu Bakı vaxtı ilə saat 18:30-da Super Liqa təmsilçisi "Konyaspor"la qarşılaşacaq.
Qeyd edək ki, "Araz-Naxçıvan" toplanışı iyulun 17-də "Trabzonspor"la keçirəcəyi oyunla yekunlaşdıracaq.