"Çelsi" 123 milyon, PSJ 113 milyon avro qazandı

"Çelsi" 123 milyon, PSJ 113 milyon avro qazandı
Futbol
292
14 İyul 2025 - 07:51

Supersport.Az-ın məlumatına görə, klubların dünya çempionatında qalib və finalçı komandanın qazancı məlum olub.


İkiqat dünya çempionu "Çelsi" ümumilikdə 123 milyon avro gəlir əldə edib. İngiltərə klubu çempion olduğu üçün 40 milyon qazanıb.


Finalda "Çelsi"yə 0:3 hesablı məğlub olan Fransa təmsilçisi PSJ 113 milyon avroya sahib çıxıb. Finalçı komanda buna görə 30 milyon alıb.


Qeyd edək ki, 1 milyard dollarlıq dünya çempionatının büdcəsi 32 kluba bölüşdürülüb.


Digər xəbərlər