"Kəpəz" Adama Fofananı aldı

Futbol
334
12 İyul 2025 - 22:19
Supersport.Az xəbər verir ki, "Kəpəz" daha bir futbolçunun keçidini həll edib. Burkina-Fasodan olan Adama Fofana klubla 2 illik müqavilə imzalayıb. 25 yaşlı oyunçu sol cinah müdafiəçisi mövqeyində oynayır.
Adama son olaraq ötən mövsüm Türkiyədə “Adanaspor”un formasını geyinib. Daha əvvəl isə "Varberq" (İsveç) və "Dijon" (Fransa) klublarında çıxış edib.
Forfana Burkina-Faso millisində iki oyun keçirib.